Tbilisinin hər yerində etirazlar yatırılıb - Yenilənib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
07:50
Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisinin Rustaveli prospektindən etirazçıları tamamilə dağıdıb.
Milli.Az APA-ya istinadən bildirir ki, nümayişçiləri dağıtmaq üçün polis yenidən gözyaşardıcı qazdan istifadə edib.
Bir neçə nəfər saxlanılıb. Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyib.
Rustaveli prospektində etirazçılarla polis arasında qarşıdurma bütün gecə davam edib.
Su şırnaqı və gözyaşardıcı qazdan istifadə edən polis aksiyanı tamamilə yatırmağa müvəffəqolub.
---------
06:12
Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə parlament binası yaxınlığında nümayişçiləri dağıtmağa başlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları etirazçıları mühasirəyə alaraq onları parlament binasının əks istiqamətinə aparan bir keçidlə qovurlar.
Polis davamlı olaraq su şırnaqı və və gözyaşardıcı qazdan istifadə edir.
------
02:28
Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında etirazçılara qarşı su şırnaqlarından istifadə etməyə başlayıblar.
Milli.Az APA-ya istinadən bildirir ki, etirazçılar dağılışmağa başlasa da, onların bir qismi geri qayıdıb. Zaman-zaman polislə həbslərlə bitən çəkişmələr olur.
Xüsusi təyinatlılar su şırnaqlarından əlavə gözyaşardıcı qazdan da istifadə edirlər.
Xatırladaq ki, bundan əvvəl polislə etirazçılar arasında yaranmış qarşıdurma nəticəsində bir neçə polis əməkdaşının xəsarət aldığı haqda məlumat yayılmışdı.
00:08
Gürcüstan Prezidenti Salome Zurabişvili paytaxt Tbilisidə parlament binası qarşısında nümayişçilərə qoşulub.
Milli.Az report-a istinadən xəbər verir ki, "Mən bu xalqla bir yerdəyəm. Bacardığım yerdə olacağam. Yeni (parlament) seçkiləri alana qədər bitməyəcək müqavimət başlayır", - Zurabişvili mitinqdə onu alqışlarla qarşılayan aksiyaçılara müraciət edərək deyib.
Qeyd edək ki, daha əvvəl Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar qeydə alınıb. Qanunvericilik binasının hər iki tərəfində gərgin vəziyyət mövcuddur. Polis parlamentin xidməti girişlərinə keçmək istəyən etirazçıları sıxışdırıb çıxarmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazından istifadəyə məcbur olublar.
---------
22:31
Tbilisidə etiraz aksiyasının miqyası genişlənir.
Milli.Az APA-ya istinadən bildirir ki, parlament binasının qarşısına toplaşan etirazçılar Rustaveli prospektini bloklayıblar.
Əraziyə çoxlu sayda polis cəlb edilib. Etirazçılar hakim partiya əleyhinə şüarlar səsləndirirlər.
-----------
21:32
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarı qəbul edildiyini bəyan etməsindən sonra etirazçılar parlament binasının və hakim partiyanın mərkəzi ofisinin qarşısına toplanırlar.
Milli.Az APA-ya istinadən bildirir ki, "Gürcü Arzusu"nun mərkəzi ofisinin qarşısına gələn erirazçılar "qullar", "ruslar", "get" şüarları səsləndirirlər.
Binanın ətrafına səfərbər olunan hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara yaxınlaşmağa imkan vermirlər.
Analoji aksiyalar Batumi və Kutaisidə də təşkil olunub. Yerli KİV Kutaisidə aksiya zamanı qarşıdurma olması, polisin bir neçə nəfəri saxlaması barədə məlumat yayıb.
Müxalifət liderləri əhalini mübarizəyə çağırıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
-
680 tonluq böyük siyasət: işğal altındakı Abxaziyanı kim yanacaqla təmin edir?
-
Tbilisi su altında qaldı
-
12 yaşlı azərbaycanlı qəzada öldü
-
Gürcüstanda dövlət bayraqları yarıya endirildi
XƏBƏR LENTİ
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"





