Gürcüstan

Səfir: Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb

9 İyul 2024 11:12
Baxış: 2 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə Aİ-nin genişləndirilməsinə həsr edilmiş konfrans zamanı deyib.

O həmçinin bildirib ki, Aİ tərəfindən Gürcüstanın müdafiə sahəsinə dəstək üçün nəzərdə tutulan 30 milyon avro məbləğindəki vəsaitin ayrılması da qeyri-müəyyən müddətə təxirə salınıb.

Diplomat onu da bəyan edib ki, bu, sözügedən qurumun Gürcüstanla bağlı planlaşdırdığı tədbirlərin hələ hamısı deyil:

"Biz Gürcüstan hökumətinə ayrılmalı olan vəsaiti bu ölkədə vətəndaş cəmiyyəti və mətbuatın inkişafına yönəldəcəyik. Bu barədə razılıq artıq əldə olunub".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.