Gürcüstanda qalmaqallı qanun qüvvəyə mindi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici təsirin şəffaflığı haqqında" qanunu imzalayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstan parlamenti yayıb.
Bununla da Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə minib.
Parlament sədri Şalva Papuaşvili bildirib ki, qanunun əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin xarici müdaxilələrə qarşı dayanıqlılığını gücləndirməkdir.
"Bu gün qanun layihəsini imzaladım. Qanunun yanaşması sadə və aydındır. Qeyri-hökumət təşkilatları və media xarici hökumətlərin maliyyəsi ilə qərarların qəbulu prosesində iştirak etmək və gürcü xalqının həyatına təsir etmək istəyirsə, minimum şəffaflıq standartına cavab verməlidir - əhali hər bir aktorun arxasında kimin dayandığını bilməlidir", - Papuaşvili deyib.
Qanun layihəsinə əsasən büdcəsinin 20%-dən çoxu ölkə xaricindən maliyyələşən qeyri-kommersiya təşkilatları, media orqanları "xarici qüvvənin maraqlarını həyata keçirən" təşkilat kimi reyestrdən keçməli və hər il maliyyə bəyanatı dərc etməlidir.
Reyestrdən keçməkdən yayınmaya və ya maliyyə bəyanatı verməməyə görə 25 min lari (təxminən 15 min manat) cərimə nəzərdə tutulur.
Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də "xarici agentlər" qanunu kimi də tanınan "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Lakin Prezident Salome Zurabişvili mayın 19-da qanuna veto qoyub. Parlament mayın 28-də Prezidentin vetosunu aradan qaldırıb. Parlament qanunu imzalanması üçün Prezident administrasiyasına göndərsə də, Prezident Zurabişvili onu imzalamaqdan imtina edib. Bu səbəbdən qanun layihəsini parlament sədri Şalva Papuaşvili imzalayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
-
680 tonluq böyük siyasət: işğal altındakı Abxaziyanı kim yanacaqla təmin edir?
-
Tbilisi su altında qaldı
-
12 yaşlı azərbaycanlı qəzada öldü
XƏBƏR LENTİ
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var





