Gürcüstan

Gürcüstan parlamenti prezidentin daha bir vetosunu ləğv etdi - YENİLƏNİB

29 May 2024 16:19
Baxış: 3 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

16:19

Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin ölkənin Vergi Məcəlləsinə dəyişikliyə qoyduğu vetosunu ləğv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, parlament Prezidentin təklif etdiyi qanun layihəsini 1 lehinə, 64 əleyhinə olmaqla rədd edib. Qanunun ilkin versiyası 83 lehinə, 1 əleyhinə olmaqla qəbul edilib.

-----------
28.05.2024

Avropa İttifaqı Gürcüstan Parlamentinin Prezident Salome Zurabişvilinin "Xarici təsirin şəffaflığı haqqında" qanuna tətbiq etdiyi vetonu ləğv etməsindən dərin təəssüf hissi keçirir və bu qərara cavab vermək üçün bütün variantları nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell və Avropa Komissiyasının birgə bəyanatında deyilir.

Avropa İttifaqı bu qanunun təşkilatın əsas prinsip və dəyərlərinə zidd olduğunu, Gürcüstanın Aİ-yə gedən yoluna mənfi təsir göstərəcəyini vurğulayıb.

"Biz Gürcüstan hakimiyyətini bu tendensiyanın qarşısını almağa və Aİ yoluna qətiyyətlə qayıtmağa çağırırıq. Dinamikanı dəyişdirmək üçün hələ vaxt var, lakin idarəetmə orqanlarından güclü öhdəlik tələb olunur. Aİ və ona üzv dövlətləri bu hadisələrə cavab vermək üçün bütün variantları nəzərdən keçirir".

Qeyd edək ki, bu gün Gürcüstan Parlamenti Prezident Salome Zurabişvilinin "Xarici təsirin şəffaflığı haqqında" qanuna tətbiq etdiyi vetonu ləğv edib.

-------

19:02

Bu gün Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin "Xarici agentlər" haqqında qanuna veto qoymasının ləğvini təsdiqləyib.

Milli.Az report-a istinadən xəbər verir ki, qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.