Gürcüstan

Gürcüstanın Baş naziri: Aİ rəsmisi məni təhdid edib

23 May 2024 18:11
Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avropa Komissiyasının üzvlərindən biri mənə zəng etmişdi. Həmin telefon söhbətində o, Slovakiyanın Baş naziri Robert Fitsonun sui-qəsd faktını misal gətirərək, ehtiyatlı olmağı belə məsləhət gördü".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.

O bildirib ki, ölkəsində qəbul olunan "xarici təsir" qanununa görə verilən bu mesajı şəxsən özünə təhdid kimi qiymətləndirir.

Kobaxidze vurğulayıb ki, son vaxtlar ölkə daxilində cəmiyyət əcnəbi siyasətçilərin açıq-aşkar təhdidlərə əl atdığının şahidi olur:

"Bu məlumatı xalqla bölüşmək mənim borcumdur. Robert Fitsonun güllələnməsindən sonra bizə qarşı yönələn təhdid dünyanın son dərəcə təhlükəli tendensiyalarla qarşılaşdığının bariz nümunəsidir. Əminəm ki, həmin qüvvələrin Gürcüstanla bağlı planı bu dəfə də iflasa uğrayacaq. Ölkəmiz mövcud sabitliyi qoruyub saxlaya biləcək və inkişafa doğru addımlamaqda davam edəcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.