Gürcüstan

Gürcüstanda partlayış - ölənlərin sayı artıb - YENİLƏNİB - VİDEO

7 Aprel 2024 17:42
Baxış: 5 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:42

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərdən biri ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşıdır.

Milli.Az report-a istinadən xəbər verir ki, yaralananlardan ikisi Daxili İşlər Nazirliyinin, biri isə "Battleground" atıcılıq mərkəzinin əməkdaşlarıdır.

İstintaq "Elektrik və ya istilik enerjisi, qaz, neft və ya neft məhsulları obyektlərində təhlükəsizlik qaydalarının pozulması" maddəsi ilə aparılır. Cəza 6 ildən 10 ilə qədər həbsdir.

Qeyd edək ki, partlayışın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

----------

15:47


Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

Milli.Az report-a istinadən xəbər verir ki, zərərçəkən 4 nəfərdən biri klinikada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə nəticəsində üç nəfər ölüb, daha üçü isə yaralanıb.

----------

13:36

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

---------

12:40


Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Boçormi küçəsindəki "Battleground" atıcılıq mərkəzinin yaxınlığında qara tüstü görünüb.

Hadisə yerinə polis cəlb olunub. İlkin məlumatlara görə, yaralılar var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.