Gürcüstan

Gürcülər sürətlə ölkəni tərk edir - Şok rəqəm

22 Mart 2024 10:42
Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 10 ildə 800 min insan Gürcüstanı tərk edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu "Aqmaşenebeli Strategiya" müxalifət partiyasının lideri Paata Mancqaladze bildirib. Onun sözlərinə görə, ölkədəki vəziyyət vətəndaşları bu addımı atmağa vadar edir.

Müxalifət partiyasının lideri ölkə vətəndaşlarının kütləvi şəkildə xaricə getməsinin səbəblərini açıqlayıb. Bildirilib ki, onların hamısı işsizlik və yoxsulluq səbəbindən başqa ölkələrə mühacirət edirlər.

"Hər birimizin ətrafında bir ailə var ki, bir üzvü xaricdədir. Son on ildə 800 minə qədər Gürcüstan vətəndaşı ölkəni tərk edib. Həmçinin 7 minə yaxın insan polis sıralarını tərk edib ki, onların da çoxu ailə başçısıdır, çətin sosial vəziyyətə görə mühacirətə gedib", - deyə o, qeyd edib.

Partiya lideri xüsusilə, Kutaisidəki patrul polisinin bütün tağımının Amerikaya mühacirət etdiyini vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.