Gürcüstan

Gürcüstanın baş nazir namizədi bu gün təsdiqlənəcək

1 Fevral 2024 11:13
Baxış: 1 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Gürcüstanın hakim "Gürcü arzusu - demokratik Gürcüstan" partiyası öz qurultayında ölkənin baş naziri postuna namizədi irəli sürəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sputnik Gürcüstan" yayıb. 

Həmçinin qurultayda bir neçə gün əvvəl Baş nazir vəzifəsindən istefa verən İrakli Qaribaşvilinin partiyanın yeni sədri seçiləcəyi gözlənilir. 

Hakim partiya baş nazir postuna "Gürcü arzusu - demokratik Gürcüstan"ın hazırkı sədri İrakli Kobaxidzenin namizədliyinin irəli sürüləcəyi barədə yayılan məlumatları təkzib etmir. 

Xatırladaq ki, sözügedən dəyişikliklər barədə məlumatı ilk olaraq Gürcüstanın "İmedi" telekanalı yaymışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.