Gürcüstan

Gürcüstanda azərbaycanlıların toyunda kütləvi dava düşüb - FOTO

3 Fevral 2022 20:24
0 Şərh     Baxış: 1 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan azərbaycanlıların sıx məskunlaşdığı Qardabani rayonunda yanvarın 31-də toyda kütləvi dava olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, insident nəticəsində bir ailənin dörd üzvü, o cümlədən üç yaşlı uşaq döyülüb.

Yayılan məlumatda qeyd olunur ki, kütləvi davada 20 nəfər adam iştirak edib.

Belə ki, gəlinin 15 nəfərə yaxın qohumu bəyin yaxınlarına hücum edib.

Dava zamanı ağır xəsarətlər alan Nodar Məmmədov adlı orta yaşlı şəxs komadadır.

Kişinin vəziyyəti ağır olduğundan həkimlər hələlik onu əməliyyat edə bilməyiblər.

Onun qohumu İsrail Məmmədov da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı polis araşdırma aparır, cinayət işi açılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.