11 il əvvəl Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsində qalib olan Mərakeş əsilli isveçli müğənni Lorin yenidən ölkəsini yarışmada təmsil edəcək.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu, ötən gün keçirilən İsveçin milli seçim turunun finalında bəlli olub.
Sənətçi bu dəfə ölkəsini "Tatoo" mahnısı ilə təmsil edəcək.
Bukmeykerlər proqnozuna görə, 67-ci "Avroviziya" müsabiqəsinin qalibi də İsveç olacaq.
Qeyd edək ki, Lorin 2012-ci ildə "Euphoria" mahnısı ilə birinci seçilmişdi.
Milli.Az