Seçkilər

Bələdiyyə seçkiləri ilə bağlı MSK-a 7 müraciət daxil olub

24 Dekabr 2019 19:01
Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Mərkəzi Seçki Komissiyasında dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı müraciətlərə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, MSK sədri Məzahir Pənahov bildirib ki, seçki prosesi ilə bağlı Mərkəzi Seçki Komissiyasına bu gün 7 müraciət daxil olub.

O qeyd edib ki, daxil olan müraciətlərə Seçki Məcəlləsinə uyğun olaraq baxılır.

M.Pənahov, həmçinin vətəndaşlara müraciət edib: "Biz vətəndaşlara müraciət edirik ki, məntqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər. MSK tərəfindən dairə seçki komissiyalarına tapşırıqlar veriləcək ki, gecikdirilmədən müraciətə baxsınlar. Biz onsuz da məcburuq ki, daxil olan müraciətləri dairə seçki komissiyalarına göndərək. Onun üçün vətəndaşlara müraciət edirik ki, məntqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.