Seçkilər

Gürcüstan azərbaycanlıları prezident seçkilərində fəal iştirak edirlər - FOTO

28 Noyabr 2018 13:46
0 Şərh     Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda prezident seçkilərinin ikinci turu üzrə səsvermə dinc şəraitdə keçirilir.

Milli.Az report-a istinadən xəbər verir ki, seçkilərin birinci turu ilə müqayisədə rayonda seçici fəallığının daha yüksək olduğu müşahidə olunur.

Marneuli rayonu üzrə bütün seçki məntəqələrində seçicilər fəallıq nümayiş etdirirlər. Bu vaxta qədər rayonda səsvermə prosesi ilə bağlı hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb.

Marneuli rayon Seçki Komissiyasının məlumatına əsasən, saat 12:00 üçün seçicilərin fəallığı 18% təşkil edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.