Bu ixtisas üzrə qabiliyyət imtahanlarında iştirak üçün tələb dəyişdirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020/2021-ci tədris ili üçün keçiriləcək "İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)" ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərdən minimum 5 illik musiqi təhsili tələb ediləcək.
Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, "İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)" aləti üzrə qabiliyyət imtahanlarının "ixtisas", "musiqi nəzəriyyəsi və solfecio" fənləri üzrə keçirilməsi qərara alınıb.
Bu qərara uyğun olaraq Azərbaycan Milli Konservatoriyasının "İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)" ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 23-cü komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanlarını müvəffəqiyyətlə verib müsabiqəyə buraxılan abituriyentlər bu alət üzrə Bakı şəhərində tədris aparılan istənilən təhsil müəssisəsinin uyğun ixtisasını seçmək hüququ qazanacaqlar.
Dövlət İmtahan Mərkəzinin dərc etdiyi "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları" jurnalında qabiliyyət imtahanlarının proqramları, imtahanlara hazırlaşmaq üçün metodiki tövsiyələr və digər məlumatlar çap ediləcək. Həmin nəşrləri və DİM-in saytını izləyin.
Milli.Az
XƏBƏR LENTİ
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)





