Təhsil

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu BAŞA ÇATDI

12 Sentyabr 2019 13:47
0 Şərh     Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb.

Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə builki və ötənilki müsabiqədə iştirak etmiş namizədlər qatılıblar. Ümumilikdə 8 938 namizəd elektron sənəd qəbulunda iştirak edib. Onlardan 8756 namizəd vakansiya seçimi etdikdən sonra elektron ərizəsini təsdiqləyib.

Elektron yerləşdirmənin nəticələri barədə məlumat sentyabrın 12-də namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.