Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin və tərbiyəçi müəllimlərin yerdəyişməsinə başlanılıb..
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova "Xəzər Xəbər"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi-müəllimlərin yerdəyişməsi onların müraicətləri əsasında qurumun yerli bölmələri tərəfindən həyata keçirilir.
İlahə Rəsulova yerdəyişmə zamanı diqqət yetiriləcək əsas məqamları da açıqlayıb.
Qeyd edək ki, tərbiyəçi-müəllimlərin yerdəyişməsi üçün müraciət qəbulu ildə bir dəfə aprel ayında həyata keçirilir.
Daha ətaraflı videomaterialı təqdim edirik.
Milli.Az