Nazir: “Qızlar 15 yaşından sonra yaxşı oxumurlar”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Biz dördüncü sinifdə apardığımız son qiymətləndirmələrdə qızların nəticələrinin daha yaxşı olduğunu görürük. Amma 15 yaşlı qız və oğlanlar arasındakı fərqə baxanda dinamika zəifləyir.
Oğlanların nəticələri qızların nəticələrini üstələyir".
Milli.Az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə birgə keçirdiyi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib. Nazir bunu sosial səbəblərlə əlaqələmdirib:
"Buna 10 yaşından 15 yaşına qədər olan qızlara ətrafdan olan münasibət təsir edir. Yəni cəmiyyətin qızlara olan təzyiqinin nəticəsidir. Halbuki cinsiyyətindən asılı olmayaraq bir insan 10 yaşında bacarıqlıdırsa, 15 yaşında da o, geri getməməlidir. Ən vacib məsələlərdən biri qızların təhsilidir. Bu gün azyaşlı və yeniyetmə qızların təhsili gələcək anaların təhsilli olması deməkdir".
Nazir azyaşlı qızların erkən nikaha cəlb olunması məsələsinə də toxunub. O, deyib ki, təssüf ki, az sayda olsa da Azərbaycanda erkən nikah, təhsildən yayınma halları var:
"Bir çox hallarda bu, dövlətin səyi ilə deyil, ictimaiyyətin, ailələrin, ayrı-ayrı məntəqələrdə yaşayan insanların, hətta qonşuların qınağı ilə həll olunacaq məsələdir. Hər bir insan anlamalıdır ki, azyaşlı qızı ərə vermək olmaz. Bu, yalnız həmin qızın və ya ailəsinin məsələsi deyil, bütünlüklə cəmiyyətimizi düşündürən problemdir".
Milli.Az
XƏBƏR LENTİ
-
Bakıda tanınmış vəkil saxlanıldı
-
"Ürəyim istəyəni edirəm, heç kimə fikir vermirəm" - Mətanət İsgəndərli
-
Səhər acqarına çörəkotu yemək bu problemi aradan qaldırır
-
3000 tonluq gəmiləri havaya qaldırır, 4 saatlıq yolu 40 dəq-ə endirdi
-
Məsum görünən dondurmanın 3 böyük təhlükəsi
-
Hollivudun ən çox pul qazanan aktyorları
-
8 saatlıq yuxu norması tarixə qovuşur?
-
Təkbuynuzlu ceyran görənləri təəccübləndirdi - (Video)
-
"Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
-
Hər gün toyuq əti yemək bədəndə nəyi dəyişdirir? 6 əsas təsir
-
Tural Əlizadəyə vəzifə verildi
-
"Ürəyim istəyəni oxumadım, toylara qaçdım" - Nüşabə Ələsgərli
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
"Nənəmin təndiri"ndə yanğın oldu
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı





