Yüksək vəzifəyə təyin olunan 3 gənc kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cari ildə kolleclərdə aparılan monitorinqlərin nəticəsi olaraq kadr islahatları davam etdirilir. İndiyə qədər bir neçə müəssisənin rəhbərliyi dəyişdirilib və bu vəzifələrə gənc, ali təhsilli, ixtisaslı kadrlar təyin olunub.
Bu barədə Milli.Az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, bugünkü təyinatlarla daha 3 orta ixtisas təhsili müəssisəsinə yeni rəhbər təyin edilib.
"Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Neymət Rüstəmli Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə, Xatirə Məlikova isə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə, Elşad Əhmədov isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) nəzdində İncəsənət Kollecinə direktor vəzifəsinə təyin edilib.
Neymət Rüstəmli bakalavriat təhsilini Sumqayıt Dövlət Universitetində almış, magistratura səviyyəsini isə ADA Universitetində "Təhsilin təşkili və idarə olunması" ixtisası üzrə bitirmişdir. 2011-2019-cu illərdə Ağdam rayon 91 saylı köçkün tam orta məktəbi və I Sarıcalı kənd tam orta məktəbində müəllim kimi çalışmışdır. O, bu təyinatadək Ağdam rayon 91 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra etmişdir. N. Rüstəmli I Yüksəliş müsabiqəsinin yarımfilançısıdır.
Xatirə Məlikova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dillər Universitetində təhsil almışdır. Hazırda "ADA" Universitetində "Təhsilin təşkili və idarə olunması" ixtisası üzrə magistratura səviyyəsində təhsil alır. O, 2009-2022-ci illərdə İsmayıllı rayon Tircan kənd tam orta məktəbində müəllim kimi çalışmışdır. X.Məlikova 2022-ci ildən bu təyinatadək Şamaxı rayon E.Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbin direktoru vəzifəsini icra etmişdir.
Elşad Əhmədov 2012-ci ildə "Rəngkarlıq" ixtisası üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) bakalavriat təhsili almışdır. Daha sonra 2012-2018-ci illərdə İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında "Dəzgah rəngkarlığı" ixtisası üzrə təhsil almışdır. 2023-cü ildən etibarən ADRA-da rəsm müəllimi kimi çalışır", - deyə əlavə edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
XƏBƏR LENTİ
-
“Qarabağ” “Şəfa”ya qarşı, "Neftçi" "Qəbələ"yə qalib gəldi - Yenilənir
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək





