Təhsil

Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb

19 Aprel 2024 22:30
Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu fikri Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ölkədə, xüsusilə də Bakıda kifayət qədər özəl məktəblər var: "Amma həmin məktəblərin hərəsi bir təhsil haqqı müəyyən edib. Hətta məbləğ kosmik rəqəmlərə çatıb. Ümumiyyətlə, özəl məktəblərdə qiymətlər necə tənzimlənir? Məbləğ təyinatında hansı parametrlər əsas götürülür? Bu məsələyə aydınlıq gətirmək lazımdır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.