İqtisadiyyat

Bu istiqamətdə işlər davam etdiriləcək - Nazir

23 Noyabr 2021 18:48
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn il icbari tibbi sığorta üzrə 1 milyard 125 milyon 700 min manat vəsaitin ayrılması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı işlər aparılır və müvafiq qərar qəbul ediləcək.

Nazir əlavə edib ki, səhiyyə xərcləri ildən-ilə artır. "Son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2.5 dəfəyə qədər artıb ki, bu da yüksək göstəricidir. Bu istiqamətdə işlər davam etdiriləcək. Biz imkanlarımızı obyektiv şəkildə qiymətləndirməliyik. Biz artan xərclərimizin maliyyə təminatı haqqında da suallara cavab tapmalıyıq" - deyə, nazir bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.