Avronun manata qarşı məzənnəsi 16 aylıq minimuma enib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 22-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0,7% enərək 1,9169 manat təşkil edib. Bu, ötən ilin 10 iyul tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
"APA-Economics"in hesablamalarına görə, sonuncu dəfə avronun manata qarşı bundan aşağı məzənnəsi 2020-ci ilin iyulun 10-da qeydə alınıb - 1,9163 manat.
Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 8,5% ucuzlaşıb.
Avropada COVID-19 pandemiyasının yeni dalğası səbəbindən narahatlığın artması, Avstriyanın artıq tam karantin rejiminə keçməsi və Almaniyanın bu variantı nəzərdən keçirməsi fonunda avro ABŞ dollarına qarşı demək olar ki, ötən ilin iyulundan bəri ən aşağı səviyyəyə düşüb (1 dollar = 1,1273 avro).
Bundan əlavə, FED-in rəsmiləri Riçard Klarida və Kristofer Uollerin ABŞ-da fiskal stimullaşdırıcı paketlərin erkən bağlanmasının artan inflyasiya şəraitində daha uyğun olması təklifi bazarda "öküzvari" effekt yaradaraq dolların güclənməsinə təkan verib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 Rusiya rublu 0,0232 manata, 1 türk lirəsinin məzənnəsi isə 0,1521 manata enib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi





