Azərbaycan və İran arasında ticarət dövriyyəsi artıb - Şahin Mustafayev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan və İran arasında bu il 9 ay ərzində ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 22% artıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Tehranda İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ilə görüşdə deyib.
Ş.Mustafayevin sözlərinə görə, ticarət dövriyyəsi ötən 2 ildə koronavirus pandemiyası ölkələrin iqtisadiyyatına müəyyən mənfi təsirlər göstərməsinə baxmayaraq artıb. İran və Azərbaycan arasında nəqliyyat bir gün belə, dayanmayıb. Biz yeni nəqliyyat infrastrukturları, o cümlədən körpülər inşa etməliyik ki, iki ölkənin iqtisadi münasibətləri artsın.
Baş nazirin müavini əlavə edib ki, hazırda Azərbaycan və İran işçi qrupları iki ölkə arasında preferensial ticarət sənədinin üzərində işləyirlər:
"Azərbaycan İranla ticarət münasibətlərinin inkişafı barədə müzakirələr aparılır. Enerji, elektrik sahəsində birgə layihələr var və artıq yekunlaşmaqdadır. Avtomobil ehtiyat hissələrinin istehsalı sahəsində İranla əməkdaşlıq etmək olar. Kənd təsərrüfatı texnikaları sahəsində də İranla yaxşı əməkdaşlıqlar edə bilərik".
Ş.Mustafayev deyib ki, Azərbaycanda 2 min İran şirkəti qeydiyyatdan keçib və uğurlu layihələri həyata keçiriblər.
Onun sözlərinə görə, İrandan Azərbaycana və Rusiyaya keçən Şimal-Cənub Dəhlizi iki ölkənin üzərində işlədiyi layihələrdəndir. Neft-qaz sahəsində də müzakirələr aparılıb. Birgə işçi qrupu müzakirələri davam etdirir və yaxın gələcəkdə əməkdaşlıqların şahidi olacağıq:
"Azərbaycan İranla elektrik sahəsində əməkdaşlıq edir. Azərbaycan İrana elektrik ixrac edir. İran və Rusiyanın elektrik şəbəkəsinin sinxronlaşdırılması sahəsində işləməkdəyik".
Baş Nazirin müavini iki ölkə arasında birgə komissiyanın növbəti iclasının Bakıda keçiriləcəyini və bununla əlaqədar müzakirələrin aparıldığını deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
XƏBƏR LENTİ
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)
-
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
-
Rusiyada seçkilər başladı
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
-
Aras Bulut İynemli və daha 15 məşhur saxlanıldı - (Foto)
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Neftçi 1000-ci oyununa çıxır
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
“Alya”nın ağlama səhnəsi müzakirə yaratdı – (Video)
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi - (Foto)
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır





