İqtisadiyyat

Ölən şəxsin vergi borcunu onun varisi ödəyəcək

3 Noyabr 2021 11:54
0 Şərh     Baxış: 1 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyəcəklər.

Milli.Az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.

Hazırda qüvvədə olan məcəlləyə görə, yalnız vəfat etmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.