Vətən müharibəsinə görə Türkiyəyə embarqo qoyan Kanada şirkəti müflis oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən müharibəsində Azərbaycana dəstək verdiyi üçün Türk Aerokosmik Sənaye A.Ş.-yə (TUSAŞ) embarqo qoyan Kanadanın "Telemus Systems Inc." şirkəti müflis olub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə audit, vergi və məsləhət xidmətləri göstərən KPMG tərəfindən yayılan hesabatda bildirilir.
Əsas müştərisi TUSAŞ olan "Telemus" hərbi pilotsuz uçuş aparatlarında istifadə üçün geniş çeşiddə elektron dəstək materialları istehsal edir.
Hesabatda vurğulanıb ki, şirkət embarqonun mənfi maliyyə təsirləri səbəbindən Kanada hökuməti ilə Türkiyəyə ixrac icazəsi ilə bağlı bir neçə dəfə danışıqlar aparmağa cəhd etsə də, heç bir nəticə əldə edə bilməyib.
"Telemus" 2020-ci ildə 360 min dollar zərərə uğrayıb. 31 iyulda hasilatı dayandırmazdan əvvəl isə bu il 1,1 milyon dollar ziyanla üzləşdiyini bəyan edib.
Xatırladaq ki, Kanada hökuməti 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək verməsi səbəbindən Türkiyəyə silah embarqosu qoymuşdu.
Rəsmi Ottava erməni mövqelərinə qarşı istifadə edilən türk pilotsuz uçuş aparatlarında Kanada texnologiyasından istifadə olunduğunu iddia edərək, 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi ixracına embarqo qoyub, sonuncu dəfə isə "Telemus" şirkətinin ixrac icazəsini 2021-ci ilin aprelində ləğv edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ceyhunv Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov





