Azərbaycanın Avropaya qaz ixracı 2 dəfə artırıla bilər - RƏSMİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropada qaza yüksək tələbat Trans-Adriatik boru kəmərinin (TAP) buraxılış gücünün ikiqat artırılmasına təkan verə bilər.
Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, TAP AG konsorsiumu bununla əlaqədar olaraq bazar sınaqları keçirir:
"Bu müddət ərzində TAP potensial tədarükçülərdən təkliflər alır və onları proqnozlaşdırılan tələbə əsasən nəzərdən keçirir. Bu ilin yayında konsorsium 2022-ci ilin yayınadək davam edəcək növbəti bazar sınaqlarının başladığını elan edib. TAP həm Azərbaycandan "Cənub Qaz Dəhlizi" ilə, həm də digər mənbələrdən, məsələn, mayeləşdirilmiş təbii qaz cəlb edə bilər. Əgər təkliflər kommersiya baxımından səmərəli olsa qaz kəmərinin buraxılış gücünün artırılması ilə bağlıı müvafiq qərar qəbul edilə bilər. İllik 10 milyard kubmetr buraxılış gücünə müəyyən həcm əlavə oluna bilər. Söhbət maksumum iki dəfə artırılmadan gedir. Qaz kəmərinin indiki konfiqurasiyasına uyğun olaraq artıq tam gücünə çatdığını, və Avropada təbii qaza artan tələbatı nəzərə alsaq, hesab edirəm ki, bazar sınaqları ümidverici nəticələr verə bilər".
İ.Əhmədov əlavə edib ki, Azərbaycanda növbəti illər ərzində ixrac qazının əlavə mənbəyi ola biləcək bir sıra perspektiv strukturlar işlənilir:
"Azərbaycanda neft və qazın əsas hissəsi dənizdə hasil olunur. Dərinsulu yataqların işlənməsi uzunmüddətli prosesdir. Adətən, bundan əvvəl məhsulubn satışı barədə qərar qəbul olunur ki, bu qərar da təbii qazın və nəqlinin fiziki xüsusiyyətləri əlaqədardır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı
-
Azərbaycan nefti bahalaşdı
-
Bakıda restoranda yanğın olub
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib





