AİB Azərbaycan hökumətinin COVID-19-la mübarizəsini yüksək qiymətləndirdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 29-da maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycan üzrə İcraçı direktor Antoni Makdonald ilə video-konfrans formatında görüş keçirib.
Maliyyə Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.
S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş torpaqların bərpa və yenidənqurulması, pandemiya ilə mübarizə və onun ölkə iqtisadiyyatına təsirlərinin aradan qaldırılması ilə bağlı görülən işlər, habelə ölkədə yüksək templə aparılan peyvəndlənmə prosesi barədə məlumat verib.
Antoni Makdonald nazirin diqqətinə çatdırıb ki, AİB-nın Direktorlar Şurası Azərbaycan hökumətinin pandemiya dövründə riskləri düzgün təhlil edərək 2020-ci ildə həyata keçirdiyi qabaqlayıcı tədbirləri və bu günədək "COVID-19"la mübarizə sahəsində görülən işləri ölkənin daxili imkanları hesabına maliyyələşdirilməsini yüksək qiymətləndirib. O qeyd edib ki, məhz buna görə də koronavirus pandemiyasının tibbi, sosial, iqtisadi fəsadlarını yumşaltmağa dair Azərbaycan hökumətinin əhatəli planını həyata keçirməsinə kömək məqsədilə artıq 2021-ci ildə 250 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair qərar bankın Direktorlar Şurası tərəfindən yekdilliklə dəstəklənib.
Görüşdə AİB-nın növbəti illərdə bir sıra mühüm istiqamətlər üzrə daxili siyasətlərin formalaşdırılması, o cümlədən yeni çağırışlara müvafiq bankın daxili satınalma qayda və prosedurlarına yenidən baxılması, ekoloji cəhətdən təmiz "yaşıl enerji"yə keçidin dəstəklənməsi çərçivəsi, "COVID-19" pandemiyasının davam etməsi şəraitində üzv ölkələrə əlavə olaraq göstəriləcək yardım proqramları və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti 113 dolları keçdi
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Süni intellekt dəniz sığortasında zərərləri hadisədən əvvəl azalda bilər - Kirill Patırıkin
XƏBƏR LENTİ
-
Anar Mədətov oğlu ilə - (Foto)
-
Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
-
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
"Sabah"la matç öncəsi o da zədələndi
-
Şəkidəki “zipline”də əvvəllər də texniki problemlər olub - (Video)
-
Renat Dadaşov Ukrayna klubuna transfer olundu
-
Sultan Qasımova qarşı ağır ittiham - İşi məhkəməyə göndərildi
-
“Vanlı Kara Haydar”ın arvadı da saxlanıldı
-
"AzInTelecom" media nümayəndələri üçün təlim keçirib - (Foto)
-
Türkiyədə xəstəxananın əməliyyat otağında siçanlar gəzir - (Video)
-
Mehmet Ali Erbilin infarkt keçirməsi ilə bağlı açıqlama
-
Nepalda ölənlərin sayı 1374-ə çatdı
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)
-
Argentina millisinin yeni kapitanı bəlli oldu
-
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib
-
Xumar Qədimovanın səmimi görüntüləri diqqət çəkdi - (Video)
-
Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərilib - (Yenilənib)
-
Rusiyada miqrantlarla bağlı mühüm yenilik
-
Paşinyan Makronla görüşüb
-
Yamal Mbappenin rekordunu təzələdi
-
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
-
Sevil-Sevinc bacıları ittihamlara belə cavab verdilər: "7000 AZN xərclənib" - (Foto)
-
Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq
-
Xəzərdə zəlzələ oldu





