İqtisadiyyat

Çin Azərbaycandan tranzitlə Niderland limanına yük daşımağı planlaşdırır

5 İyul 2021 10:36
0 Şərh     Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin Azərbaycan ərazisindən tranzitlə Niderlandın Venlo limanına blok-qatarlarla yük daşımağı planlaşdırır.

Bunu Milli.Az-a Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəisi Xudayar Həsənli deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində liman Avropanın iri limanları ilə əməkdaşlığı genişləndirib, bu yaxınlarda isə "Trammo Inc" və Batumi gübrə terminalının sahibi "Wondernet Express Investment Group" şirkətləri ilə anlaşma memorandumu imzalayıb:

"Avropada əməkdaşlıq etdiyimiz iri limanlara Venlo, Antverpen və digər limanlar daxildir. Gələcəkdə Çin Venlo limanına blok-qatarlarla yük daşımağı planlaşdırır ki, bu qatarlar da tranzitlə bizim limandan keçəcək".

Departament rəhbəri əlavə edib ki, Bakı limanında reallaşdırılması planlaşdırılan iri layihələr ortamüddətli perspektivdə limanın inkişafını sürətləndirəcək, dayanıqlığını və tranzit potensialını, eləcə də beynəlxalq təşkilatların etimadını artıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.