İqtisadiyyat

Sahibkarlar üçün işgüzar nahar təşkil edilib - FOTO

29 İyun 2021 18:38
Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT Baş Assambleyasının müvafiq qətnaməsinə uyğun olaraq 27 iyun dünyada mikro, kiçik və orta sahibkarlar günü kimi qeyd edilir. Bununla bağlı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün işgüzar nahar təşkil olunub.

KOBİA-dan verilən məlumata görə, iş adamlarının, biznes assosiasiyaların rəhbərlərinin və iqtisadiyyat sahəsində çalışan KİV nümayəndələrinin iştirak etdiyi işgüzar naharda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lar üçün dəstək mexanizmləri və xidmətlər, KOB sahəsində nəzərdə tutulan yeniliklər barədə məlumat verib. Vurğulanıb ki, iqtisadiyyatın hərəkətverici qüvvəsi olan KOB-larla daha sıx təmasda olmaq üçün belə formatda görüşlərin mütəmadi olaraq və ayrı-ayrı sektorlar üzrə təşkil edilməsi nəzərdə tutulur.

İşgüzar nahar zamanı biznes mühitinə və KOB sektoruna dair Agentliyin rəhbər heyəti, iş adamları və KİV-lər arasında üçtərəfli formatda fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.