Bakıda beynəlxalq kənd təsərrüfatı və qida sənayesi sərgiləri keçirilir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgiləri işə başlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, iyunun 10-dan 12-dək canlı formatda təşkil olunan sərgilərin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edir. Açıq sahədə yerləşən ekspozisiyanın miqyası 2019-cu ildəki ekspozisiya ilə müqayisədə artırılıb. Bu il Azərbaycan, ABŞ, Almaniya, Əfqanistan, Belarus, Belçika, BƏƏ, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva, Niderland, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, Vircin adaları, Yunanıstan da daxil olmaqla dünyanın 28 ölkəsindən 237 şirkət bu sərgilərə qatılıb.
Sərgilərdə Əfqanıstan və Belarusu təmsil edən milli qruplar, Rusiya Federasiyasını təmsil edən Kirov və Adıgey rayonunun qrupları, həmçinin bu il sərgidə debüt edən Moskva regional qrupu iştirak edir.
Bu il sərgilərdə qida və kənd təsərrüfatı sahələri üçün vacib və aktual olan bütün məsələlər təqdim olunacaq. Hər bir sektorun hərəkətverici qüvvəsi olan innovasiyalara da xüsusi diqqət verilib.
"Caspian Agro 2021" sərgisi kənd aqrar-sənaye kompleksinin müxtəlif sahələrinin daxil olduğu tematik bölmələri əhatə edir: kənd təsərrüfatı texnikası, heyvandarlıq və quşçuluq, yemlər, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, kənd təsərrüfatında innovasiya texnologiyaları və s.
Xatırladaq ki, pandemiya ilə əlaqədar sərgilərdə müəyyən məhdudiyyətlər tətbiq olunur. Belə ki, ziyarətçilər yalnız dəvətnamə ilə iştirak edə bilər. Yəni sərgi hər kəs üçün açıq deyil.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”
-
"Azərbaycanla daimi sülh üçün çox real şansımız var"
-
7 alma 100 minə satıldı - (Fotolar)
-
Ermənistan XİN dünyanı necə aldadır? – İfşa olundu
-
Azərbaycanlı müğənni: "Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"
-
Xəyyam Salehova yüksək vəzifə verildi
-
Dostunun toyuna gedən qazi faciəli şəkildə öldü
-
İranda orqanlarını satırlar: 20-30 faiz endirimlə... - (Foto)
-
Bazar günü yağış və qar yağacaq
-
Məşhur türk müğənni tanınmaz halda - (Foto)
-
5 BÜRCÜN şans üzünə güləcək
-
Futbolçunun ölümünə səbəb olan qapıçıya ağır cəza
-
BMW 720 mindən çox avtomobili geri çağırır
-
İstilik mövsümü başlayır
-
“Yeraltı"nın aktyorunun aparıcıya reaksiyası diqqət çəkdi - (Video)
-
Füzulidəki qəzada ölənlər müəllim və tələbələri imiş... - Yenilənib - Foto
-
Polis əməliyyatlar keçirdi: 59 nəfər saxlanılıb
-
Samir Əhmədov qəfil vəfat etdi
-
Ronaldinyo 2015-ci ildən bəri ilk rəsmi oyununu keçirəcək
-
Azərbaycanlı məşhurların arxiv fotoları gündəm oldu – Bəzilərini tanımaq olmur - (Fotolar)
-
İrəvanın gözləntisi boşa çıxdı: Türkiyə icazə vermədi
-
Messi Kenan Yıldıza xüsusi hədiyyə göndərdi - (Video)
-
FHN-dən əhaliyə xəbərdarlıq
-
Neftimiz bahalaşdı





