İqtisadiyyat

ARDNŞ-nin tərkibində "Azərkimya" yenidən quruldu

29 Aprel 2010 19:30
Baxış: 1 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu barədə Milli.Az xəbər portalı ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il aprelin 22-də imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Fərmana əsasən ARDNŞ tərkibində "Azərkimya" İstehsalat Birliyinin təsis olunması haqqında qərar qəbul edilib.

Aprelin 28-də isə ARDNŞ-nin 58 saylı daxili əmrinə əsasən, "Azərkimya" İstehsalat Birliyinin strukturu müəyyən edilib.

Şirkət prezidenti Rövnəq Abdullayevin imzaladığı sənəddə göstərilir ki, hüquqi şəxs kimi fəaliyyətinə xitam verilmiş "Azərkimya" Dövlət Şirkətinin Səthi Aktiv Maddələr Zavodunun, Üzvi Sintez Zavodunun, Sumqayıt Mexaniki-Təmir Zavodunun və "Azərkimya" Dövlət Layihə İnstitutunun maddi-texniki bazasında müvafiq olaraq "Azərkimya" İstehsalat Birliyinin tərkibində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi "Səthi Aktiv Maddələr", "Üzvi sintez", "Mexaniki Təmir" zavodları və "Kimyaelmitədqiqatlayihə" İnstitutu yaradılıb.

Əmrə əsasən, "Sintezkauçuk Zavodu" və "Etilen-Polietilen Zavodu"nun maddi-texniki bazasında "Etilen-Polietilen" zavodu yaradılıb. Bu zavod da hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi "Azərkimya" İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərəcək. Bunlardan başqa, əmrdə "Azərkimya" İstehsalat Birliyi tərkibində Təmir-tikinti İdarəsi, Nəqliyyat və xüsusi texnika İdarəsi və Anbar Təsərrüfatının yaradılması da öz əksini tapıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.