İqtisadiyyat

Azərbaycandan Türkiyəyə qaz ixracı 16 faiz artıb

29 May 2021 13:24
Baxış: 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ilin martında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16 faiz artıb.

Milli.Az bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən məlumat verir.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,584 milyard, Azərbaycandan 1,072 milyard, İrandan 850 milyon kubmetr təşkil edib.

Martda Rusiyadan Türkiyəyə qaz ixracı 563 faiz, İrandan isə 52,4 faiz artıb.

2021-ci ilin martında Türkiyə 4,506 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 1,32 milyard kubmetr qaz isə mayeləşdirilmiş təbii qaz qismində alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.