İqtisadiyyat

Qarabağ kanalında nasosstansiya tikilir - VİDEO

27 May 2021 11:04
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11 rayona xidmət edən Yuxarı Qarabağ kanalında işlər sürətlə davam edir.

Milli.Az Real TV-ə istinadən bildirir ki, 2021-ci ilin yaz-yay suvarma mövsümünə hazırlıqla bağlı kanalda cari və əsaslı təmir işləri aparılır. Su itkisinə qarşı mübarizə tədbirləri çərçivəsində kanalın alçaq, ensiz yerlərinə torpaq daşınıb tökülür. Kanalın daxili yamaclığında lildən təmizlənmə işləri görülür. Eyni zamanda daxili yamaclıq beton üzlüyə alınır.

Kanaldakı bütün hidrotexniki qurğuların texniki vəziyyətinə baxış keçirilir və təmirə ehtiyac olan qurğularda Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi tərəfindən təmir işləri həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.