İqtisadiyyat

Azərbaycana qoyulan bu qadağa ləğv edildi

8 Aprel 2021 17:14
Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) 9 aprel 2021-ci ildən etibarən Azərbaycanın 7 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi veb-saytında məlumat yerləşdirilib.

Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib.

İdxal icazəsi verilən müəssisələr aşağıdakılardır:

"AGRO AZ" MMC (Bakı şəhəri);

"ABSHERON AGRO 2020" MMC (Abşeron rayonu, Xokmalı kəndi);

Eyvazov Taleh Cəlal (Salyan rayonu, Kürqaraqaşlı kəndi);

"Qızılonur" MMC (Abşeron rayonu, Məmmədli qəsəbəsi);

Salmanova Gönçə Barat qızı (Bakı şəhəri);

"A-K Group" MMC (Bakı şəhəri);

"Ekofud" MMC (Bakı şəhəri).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.