İqtisadiyyat

Gürcüstanın avtomobil ixracının 55.8 faizi Azərbaycanın payına düşür

22 Mart 2021 14:21
Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin yanvar-fevral ayları ərzində Gürcüstanın minik avtomobili ixracı illik ifadədə 52.5% azalaraq 49 976.7 min ABŞ dolları təşkil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, bu il avtomobil ixracının ölkənin ümumi ixracındakı payı 10.1% təşkil edib. 

2020-ci ilin ilk iki ayı ərzində isə Gürcüstan 105 105.6 min. dollar dəyərində avtomobil ixrac edib.  Bu ilin ilk iki ayı ərəzində Gürcüstan Azərbaycana minik avtomobili ixracının dəyəri 27 906.1 min dollar təşkil edib. Beləliklə, bu il Gürcüstanın avtomobil ixracının 55.8%-i Azərbaycanın payına düşüb.

Qeyd edək ki, bu il Gürcüstanın Azərbaycana avtomobil ixracı illik müqayisədə 2.3 dəfə azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.