İqtisadiyyat

Əli Əsədovdan sərəncam: 10 alt işçi qrupu yaradıldı

27 Fevral 2021 13:13
Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması məqsədilə 10 alt işçi qrupu yaradılıb.

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, Baş nazir Əli Əsədov "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqda Nazirlər Kabinetinin Sərəncamını imzalayıb.

Sənədə əsasən "2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılmış və onlara müvafiq tapşırıqlar verilmişdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.