İtaliya şirkətləri Qarabağda göstərə biləcəkləri xidmətlərdən danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı sahəsində İtaliya iş adamları ilə əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə 22 fevral tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin birgə təşkilatçılığı ilə video-formatda görüş təşkil edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Milli.Az-a verilən məlumata görə, görüşdə çıxış edən Komitə sədri Anar Quliyev ölkələrimiz arasında yaxın dostluq və strateji tərəfdaşlıq ənənələrinə toxunaraq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun ərazilərimizi Ermənistan işğalından azad etmək məqsədilə uğurlu hərbi əməliyyatları zamanı İtaliyanın əsl dost mövqeyini bir daha nümayiş etdirdiyini xüsusi vurğuladı. Qeyd olundu ki, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük müharibədən sonra İtaliya Respublikasının yüksək səviyyəli rəsmilərinin ölkəmizə səfərləri çərçivəsində səsləndirdikləri fikirlər də bunun bariz nümunəsidir.
Anar Quliyev, işğaldan azad olunmuş ərazilərin inkişafı sahəsində əməkdaşlıq üçün dost ölkələrdən olan şirkətlərə üstünlük veriləcəyi barədə Azərbaycan Respublikası Prezidentinin açıqlamasını rəhbər tutaraq bildirdi ki, Azərbaycan-İtaliya əməkdaşlığının bundan sonra da yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün bu gün yeni əlverişli mühit formalaşmışdır. Komitə sədri Qarabağ regionunda şəhərsalmanın planlaşdırılması, zəngin tarixi-memarlıq irsimizin bərpası və yenidənqurma işlərində İtaliya təşkilatlarını iştirak etməyə dəvət etdi.
Görüş çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Mədəniyyət Nazirliyinin nümayəndələri Qarabağın yaşayış məntəqələrinin baş planlarının hazırlanması və tarixi-memarlıq abidələrinin bərpası və restavrasiyası sahəsində görülən işlər və əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış etdilər.
Daha sonra, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dəvəti ilə görüşdə iştirak edən bir sıra dövlət təşkilatının və iş adamlarını təmsil edən assosiasiyalarının təmsilçiləri çıxış edərək fəaliyyətləri və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı ilə bağlı göstərə biləcək xidmətlər barədə ümumi məlumat verdilər.
Belə ki, görüşdə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin rəsmiləri ilə yanaşı "ICE" - İtaliya Ticarət Agentliyinin, "OICE" - İtaliyanın memarlıq, mühəndislik və texniki-itisadi konsaltinq şirkətləri assosiasiyasının, "Assorestauro" - İtaliyanın memarlıq, incəsənət, restavrasiya və şəhər bərpası üzrə assosiasiyasının, "Confindustria" - İtaliyanın sənaye və xidmət şirkətləri assosiasiyasının, "SACE" - İtaliya İxrac-Kredit Agentliyinin, "ANCE" - İtaliyanın Milli İnşaatçılar Assosiasiyasının və "Elettricita Futura" - İtaliyanın elektrik enerjisi şirkətləri assosiasiyasının təqdimatları edildi, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olundu.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
XƏBƏR LENTİ
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat
-
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
-
"TRUMP TV" fəaliyyətə başladı





