İqtisadiyyat

Terminaldan işıq pulu ödənişlərinə görə əlavə 1 manat TUTULACAQ

11 Fevral 2021 22:31
Baxış: 5 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ödəmə terminallarında 1 manat xidmət haqqı tutulacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Milliön" müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva "Xəzər" televiziyasının "Birinci studiya" verilişində deyib.

"Hazırda yalnız "Azərişıq" qeyri-əhali ödənişlərində müştərilərdən 1 AZN borcdan əlavə ödəmə olmalıdır. Bu xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olaraq monitorda qeyd olunub. Bu qərar "Milliön" və "Azərişıq" arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bu yalnız "Milliön" köşklərinə şamil olunmur. Ümumi olaraq "Azərişıq" tərəfindən tətbiq olunan razılaşma əsasında rəqib şirkətlərə də şamil edilir", - deyə Əfəndiyeva qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.