SOCAR və “Palmali” arasındakı mübahisə üzrə ikinci arbitraj qərarı açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2021-ci il yanvarın 26-da SOCAR və "Palmali" arasında mövcud mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanıb. Qərar London Dəniz Arbitrləri Assosiasiyanın şərtləri altında SOCAR qrupunun lehinə verilib.
Şirkətdən Milli.Az-a verilən məlumata görə, məhkəmə işində təxminən 63 milyon ABŞ dolları məbləğində zərərin "Palmali" və Mübariz Mənsimov tərəfindən ödənilməsi barədə qərar çıxarılıb. Qeyd edilən məbləğə həmçinin zərər məbləği, faizlər və hüquqi xərclər də daxildir. Bu məhkəmə işində də "Palmali"nin çoxmilyonlu qarşılıqlı iddiası bütünlüklə rədd edilib.
Daha əvvəl də qeyd olunduğu kimi, SOCAR və "Palmali" arasında əvvələr kommersiya münasibətləri mövcud olsa da, "Palmali"nin iddia etməsinə baxmayaraq, bu şirkətlər heç vaxt birgə müəssisə yaratmayıblar. 2018-ci ildə "Palmali"nin öz öhdəliklərini pozması nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər qarşı tərəfə və Mübariz Mənsimova qarşı üç arbitraj iddiası qaldırıblar. Bundan əvvəl keçirilmiş birinci məhkəmə prosesində London Beynəlxalq Arbitraj Məhkəməsi "SOCAR Overseas" şirkətinə 49,5 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi barədə qərar verib. Beləliklə, üç məhkəmə işindən ikisi artıq SOCAR-a ümumilikdə təxminən 112,5 milyon ABŞ dolları məbləğində cərimənin ödənilməsi barədə qərarlarla nəticələnib. Şirkətlər arasında üçüncü mübahisə də arbitraj prosesinin predmetidir. Artıq həmin proses də başa çatmışdır, arbitraj qərarı gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Fatih Terimin nəvəsi koronavirusa yoluxdu
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Qazın qiyməti bahalaşdı
-
“Mançester Siti”nin keçmiş futbolçusu 33 yaşında öldü - (Foto)
-
Dünya bazarında neft bahalaşdı
-
Nəsimi rayonunda qaz olmayacaq
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb
-
Azərbaycanda zəlzələ oldu
-
Millətlər Liqası: İspaniya və İsveçrə darmadağınla qalib gəldi
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır





