Dövlət Turizm Agentliyi hotellərə XƏBƏRDARLIQ etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar turizm sənayesinə müraciət edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, müraciətdə deyilir ki, yumşaldılma çərçivəsində məhdudiyyətlərin bir qisminin, o cümlədən "SMS" icazə sisteminin ləğv olunması, 25 yanvar tarixindən şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması, xüsusilə, regionlarda yerləşən hotellərdə canlanma yaradıb:
"Əlbəttə, turizmdə canlanmanın yaranması sevindirici haldır. Ancaq unutmaq lazım deyil ki, bütün dünyada, eləcə də Azərbaycanda xüsusi karantin rejimi davam edir və virusun sürətlə yayılma təhlükəsi xoşagəlməz nəticələr verə bilir.
Bunu nəzərə alaraq, istirahət üçün hotellərə üz tutan vətəndaşları, həmçinin hotellərin işçi heyətini pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırırıq.
Bildiririk ki, təhlükəsizlik məqsədilə xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə sosial məsafənin gözlənilməsi, tibbi maska və digər qoruyucu vasitələrdən, həmçinin dezinfeksiyaedici məhlullardan istifadə zəruridir. Eləcə də bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir".
Müraciətdə daha sonra bildirilir ki, Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları"nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Turizm Agentliyi, adiyyəti dövlət qurumları və yerli icra hakimiyyəti orqanları tərəfindən hotellərdə monitorinqlər davam etdirilir.
Qaydalara əməl etməyən hotellər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək və cərimələr tətbiq olunacaqdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Böyük məbləğ. Böyük imkanlar. VTB (Azərbaycan) 0 komissiya ilə 100 000 AZN-dək kredit kampaniyasına start verir
-
SOCAR rəsmisi: Azərbaycanın boru kəmərləri Xəzər qazını Avropaya birləşdirən vacib "arteriyalar" rolunu oynayır - EURONEWS
-
Bahalı depozit xərcləri "AFB Bank"ın mənfəətini kəskin "əritdi" – 11 DƏFƏ AZALMA
-
Ramiz Mehdiyevin bankı bağlandı
-
Azərbaycan neftinin qiyməti 98 dolları keçdi
-
Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir
XƏBƏR LENTİ
-
Azərbaycanda zəlzələ oldu
-
Nəriman Həsənzadə vəfat etdi
-
Bu bürclər sevgidə ən çox xəyal qırıqlığı yaşayır
-
İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı
-
Prezident İlham Əliyev sosial media hesablarında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edib
-
Ronaldo evlənir?
-
Dolmalıq üzüm yarpağı alarkən bunlara diqqət edin
-
1 avqustda bizi nələr gözləyir? - Ulduz falı
-
"Sığınacaq" izləyicilərinə pis xəbər
-
Həftəsonu bu bürclər üçün uğurlu gələcək
-
Doğum tarixinə görə bal ayı üçün gedəcəyiniz ən ideal yerlər
-
Mədədəki şişkinlik hissini aradan qaldırın
-
Azərbaycanda qapısına qıfıl vurulan universitetlər - Niyə fəaliyyətləri dayandırılıb?
-
Bu aylarda doğulanlar ən sirli hesab olunur: onları tanımaq üçün vaxt lazımdır
-
Yayda ən təhlükəli spirtli içki hansıdır?
-
Pittin sevgilisi paparassilər tərəfindən görüntüləndi
-
DÇ-2030-dan imtina edə bilərlər
-
Lamiyənin gələcək gəlinləri ilə bağlı arzusu
-
Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsi Ramin Qasımova həvalə olundu
-
Avqust ayında həyatları dəyişə biləcək 4 bürc
-
Bürclərin ən yaxşı dostları
-
Zümrüd Qasımovanın ailəsində ağır itki
-
Hüseyn Həsənov üçün 6 il həbs tələbi - 155 milyon cərimələnə bilər
-
Beyləqanda ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb





