İqtisadiyyat

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib

19 Yanvar 2021 16:27
Baxış: 1 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 95-ci və 124-cü maddələri aşağıdakı redaksiyada verilir:

"95. Gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi dövlət qulluqçularının mükafatlandırılmasına dair normativ hüquqi aktlarla tənzimlənir.";

"124. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara vəzifə maaşının 6 (altı) misli məbləğində birdəfəlik müavinət verilir və bu məbləğdən vergi tutulmur.".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.