Azərbaycan Körfəz və Avropa ölkələrinə pomidor ixrac etməyə hazırlaşır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə pomidor istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn formatda görüş keçirilib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə nazirlikdən məlumat verilib. Qeyd olunub ki, dövlət başçısının tapşırığından irəli gələn məsələlərin həlli məqsədilə AZPROMO və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər şəxslərinin, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə ixracın şaxələndirilməsi, ixrac potensialının artırılması, satış üçün yeni prioritet bazarların araşdırılması məsələləri müzakirə edilib.
20-dən çox şirkətin nümayəndəsinin və 40-a yaxın fərdi sahibkarın iştirak etdiyi tədbirdə AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ixracatçılara bu sahədə yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində İqtisadiyyat Nazirliyinin gördüyü işlər və göstəriləcək dəstək mexanizmləri barədə məlumat verib, sahibkarları bu sahənin inkişafı məqsədilə dövlət qurumları ilə sıx əməkdaşlığa dəvət edib. Görüşdə ənənəvi bazarlarla yanaşı, Körfəz və Avropa ölkələrə satışın həyata keçirilməsi istiqamətində işlərin başlandığı bildirilib.
Sonda ölkənin müxtəlif regionlarda pomidor istehsalı sahəsində fəaliyyət göstərən ixracatçıların fikirləri dinlənilib, yeni bazarlara ixrac prosedurları ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib





