Azərbaycanda pandemiya onlayn ticarətə necə təsir etdi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pandemiya Azərbaycanda onlayn ticarətə təkan verdi, o cümlədən, bu sahədə olan problemləri də üzə çıxardı.
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, sahibkarların onlayn platforması yetərincə hazır olmadığı üçün bəzi səhvlər buraxırlar:
"Dünyada və o cümlədən, Azərbaycanda pandemiya elektron ticarəti stimullaşdırdı. Evə təcrid olunan şəxslər hər hansısa bir şeyə ehtiyacı olduğu zaman onu sifariş etdiyi üçün bu sahə son dövrlər inkişaf etdi. Dünyada məşhur olan onlayn ticarət platformalarına nəzər salsaq, görərik ki, onların dövriyyəsi kəskin artdı, həmçinin Azərbaycanda da düşünürəm ki, bu sahəyə sahibkarlar ararsında maraq çoxaldı. Bu gün istənilən sosial şəbəkələrdə yerli mağazaların məhsullarının satışını görə bilirik, ancaq əvvələr bu cür şeylərə az rast gəlinirdi. Bu o deməkdir ki, sahibkalrar bu tendensiyanı tutublar. Onlar başa düşdülər ki, onlayn ticarət platformasına keçid etməsələr, sahibkarlıqları sıfıra enəcək və bunlar yenidən dirçələ bilməyəcəklər".
Osman Gündüz sahibkarların buraxdığı səhvlər barədə də söhbət açıb. O qeyd edib ki, bəzi mağazalar onlayn ticarəti düzgün qurmadığından "analoqu olmayan" qapıda satış həyata keçirirlər:
"İndi Azərbaycanda dünyada "analoqu olmayan" yeni bir tendesniya duyulur, bu da qapıda satışdır. Bu, onun göstəricisidir ki, həmin şirkətlər zamanında onlayn platformanı qura bilməyiblər, bu da hazırda onlara problem yaradır. Həmin sahibkar vaxtında onlayn platformanı qurub, sayt yaradıb, onu banka bağlasaydı, indi bu problemlə üzləşməzdi. Bildirmək istəyirəm ki, bu, düzgün bir şey deyil, heç bir ölkədə belə şey yoxdur. Bizim sahibkarlar onlayn satışa görünür ki, yetərincə hazır deyillərmiş.
Çox az sayda şirkət, yeni startap layihələri var ki, onlar bu işləri çox yüksək səviyyədə yerinə yetirirlər. Ümumiyyətlə, pandemiya dövründə onlayn ticarəti belə qiymətləndirmək olar. Əsas odur ki, sahibkalar bu sahəni dərk etdilər, bildilər ki, böyük bir investisiya tələb etmir. Bura sadəcə sistem qurmaq lazım idi ki, bunu da əksər sahibkarlar etməyib".
İnternet Forumunun prezidenti əlavə edib ki, bundan əlavə, bəlli oldu ki, onlayn sahibkarlıq üçün, bizim alətlərimiz, mexanizmimiz, hüquqi normativ bazamız yetərli deyil:
"Misal üçün, hansısa saytı quraraq onu banka bağlamaq, hazır ödəniş etmək müşkül məsələ imiş. İnkişaf etmiş ölkələrdə sayt açıb onu banka bağlamaq çox bəsit bir şeydir. Ancaq bizdə ödniş sistemləriylə, rəqəmsal bankçılq və o cümlədər digital rəqəmsal həllərin hazırlanması ilə bağlı ciddi problemlər var. Bunun başlıca səbəbi isə odur ki, uzun illərdir Azərbaycanda ödəniş xidmətləri ilə bağlı qanunvericilik yoxdur".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
XƏBƏR LENTİ
-
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib





