İqtisadiyyat

AQTA-da Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib

9 Dekabr 2020 19:29
Baxış: 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Monqolustan dövlətinin nümayəndə heyəti ilə görüş keçirilib.

AQTA-dan Milli.Az-a verilən məlumata görə, Monqolustanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanla görüşən AQTA-nın sədr müavini Balarəhim Quliyev Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə nümayəndə heyətinə məlumat verib.

Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.