İqtisadiyyat

Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub

4 Dekabr 2020 15:30
Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə "Petkim" neft-kimya kompleksinə 120 milyon dollar investisiya qoyub.

Milli.Az bu barədə SOCAR-ın "Dayanıqlı inkişaf" hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, ötən il "Petkim" ümumilikdə 3,4 milyon ton məhsul istehsal etməklə rekord vurub. 2020-ci ildə də müsbət dinamikanı davam etdirmək planlaşdırılır.

2019-cu ildə Azərbaycandan Türkiyəyə 9,2 milyard kubmetr təbii qaz tədarük olunub.

Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.