İqtisadiyyat

Bu ay 8 milyon tibbi maska istehsal olunacaq

1 Dekabr 2020 15:39
Baxış: 761
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıt Kimya-Sənaye Parkında yerləşən "Bakı Tekstil Fabriki" MMC dekabr ayında 8 milyon tibbi maska istehsal etməyi planlaşdırır.

Milli.Az bildirir ki, bunu Trend-ə "Bakı Tekstil Fabriki" MMC-nin direktoru Səkinə Babayeva deyib.

Onun sözlərinə görə, müəssisə gündə 400 min tibbi maska istehsal edir:

"Tibbi maskalara tələbat gündən-günə artır. Müəssisədə istehsal olunan maskaların satış qiyməti 12-17 qəpikdir".

O bildirib ki, fabrik tibbi maskaların gigiyenikliyi və tam sterilliyini təsdiq edən sertifikatın alınması üçün müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.