Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb - Statistika
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 28,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2,3 milyon ton az olub.
Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, respublika üzrə neft hasilatının 19,7 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2,9 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,2 milyon ton təşkil edib.
Hesabat dövründə 23,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin 10 ayına nisbətən, təxminən, 2,2 milyon ton, yəni 8,5 faiz azdır. Neftin (kondensatla birlikdə) 22,6 milyon tonu konsorsium, 1,2 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Cari ilin on ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz, yəni 1,6 milyard kubmetr artımla 30,5 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 9,7 milyard kubmetri AÇG-dən, 14,7 milyard kubmetri isə "Şahdəniz"dən əldə edilib. SOCAR üzrə bu dövrdə 6,1 milyard kubmetr qaz hasil olunub.
On ay ərzində xaricə qaz satışı 10,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. Cari ilin 10 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 20,9 faiz çox, yəni 9 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,8 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 3,7 milyard kubmetr qaz nəql olunub.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 noyabr tarixinədək ümumilikdə 549,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 520,1 milyon ton xam neft, "Şahdəniz"dən isə 29,6 milyon ton kondensat çıxarılıb. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 2020-ci ilin 1 noyabr tarixinədək 549,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Bu dövrdə "Azəri-Çıraq-Günəşli"dən 174,7 milyard kubmetr, "Şahdəniz"dən isə 131,5 milyard kubmetr qaz hasil edilib. "Şahdəniz" yatağı istismara veriləndən cari ilin 1 noyabr tarixinədək 87,6 milyard kubmetr qaz ixraca nəql edilib.

Ölkədə neft emalı 2020-ci ilin 10 ayında 4,8 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 246 min ton az olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Kredit bazarında nə baş verir?
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Quzu əti bahalaşdı - (Video)
XƏBƏR LENTİ
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq





