İqtisadiyyat

Bolqarıstan yanvarın 1-dən Azərbaycandan qaz almağa başlayır

16 Noyabr 2020 16:40
Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ilin yanvarın 1-dən Bolqarıstan Azərbaycandan qaz almağa başlayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri Boyko Borisov deyib.

Nazir bildirib ki, beləliklə Bolqarıstan enerji tədarük mənbələrinin tam şaxələndirilməsinə nail olacaq.

O əlavə edib ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi tam sürətlə davam edir:

"Bu interkonnektorla Bolqarıstan Aleksandrupolis mayeləşdirilmiş qaz terminalından ABŞ, Qətər, Əlcəzair, İsrail, Misir və Azərbaycandan qaz əldə edəcək. Layihə bütün bolqarlar və qonşulara faydalı olacaq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.