İqtisadiyyat

ABŞ Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqladı

16 Oktyabr 2020 09:53
Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ildə Azərbaycanda neft və kondensat hasilatı gündə orta hesabla 0,71 milyon barel təşkil edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) oktyabr ayında dərc edilmiş enerji bazarının icmalında deyilir

EIA-nın göstəricilərinə görə, 2020-cu ilin birinci və ikinci rüblərində hasilat müvafiq olaraq sutkada 0,77 və 0,7 milyon barel təşkil edib.

Proqnoza əsasən, bu ilin üçüncü və dördüncü rüblərində hasilatın sutkada 0,67 və 0,7 milyon barel təşkil edəcəyi gözlənilir.

2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının sutkada 0,74 milyon barelədək artması gözlənilir.

Proqnoza əsasən, 2021-ci ilin birinci və ikinci rüblərində sutkada 0,72 və 0,74 milyon barel, üçüncü və dördüncü rübdə isə sutkada 0,75 milyon barel neft hasil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.