İranlı palata üzvü: Azərbaycan və İranın dəmiryolu potensialı ticarət əməkdaşlığını maksimum səviyyəyə çatdıra bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan və İranın dəmiryollarının potensiallarından maksimum şəkildə istifadə olunarsa, iki ölkə arasında ticarət əməkdaşlığını maksimum səviyyəyə çatdırmaq olar.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında İran və Azərbaycanın birgə ticarət palatasının iranlı üzvü, İranın Ölkədən Kənar Kənd Təsərrüfatı Assosiasiyasının rəyasət heyətinin rəhbəri (Cross Country Agriculture Association of IRI) Əli Rezvanizadə deyib.
Ə.Rezvanizadənin sözlərinə görə, Azərbaycan rəsmiləri, dəmiryolları rəsmiləri iki ölkə arasında dəmir yollarından istifadə etməklə tranzitin artırılmasına böyük maraq göstərirlər.
Rezvanizadə əlavə edib ki, müəyyən fəsildə, qışda dəniz xətti ilə məhsul tranzitinin qiyməti bir neçə dəfə artsa da, dəmiryolu tranzitindən istifadəyə maraq azdır. Bu istiqamətdə iki tərəfin əməkdaşlığı dəmiryol tranzitindən istifadəyə marağı artıra bilər.
"Məhsul tranzitində problemlərdən biri elektron sistemin olmamasıdır. Mən iranlı iş adamı olaraq Azərbaycanda bir şirkəti yaradaraq yük qatarlarının naviqasiya sistemi ilə təchiz olunması sahəsində addımlar atmağa və bu naviqasiya sistemini Azərbaycanın Dəmiryolları QSC-nin ixtiyarına verməyə hazıram. Beləliklə iş adamları öz məhsullarının harada olduqlarını biləcəklər" -deyə o qeyd edib.
Ticarət palatasının üzvü bildirib ki, hazırda Astara dəmiryol terminalı vasitəsi ilə gündəlik təxminən 2 min ton məhsul 35 vaqonla İrana daxil olur. Gündəlik 600-700 ton yük İrandan ixrac olunur. Təxminən ötən iki il ərzində bu dəmiryolu terminalında 2 milyon tondan az məhsul yüklənib-boşaldılıb.
"Terminalla əlaqədar nəzərdə tutulan planlar gerçəkləşərsə, ildə 5 milyon ton məhsulun bu terminalda yüklənib-boşaldılması mümkündür" -deyə o qeyd edib.
Rezvanizadə deyib ki, İran ildə 2 milyon ton yağ idxal edir. Bunun əsas hissəsi İranın cənubundan idxal olunur. Rusiyanın yağ ixracı sahəsində əsas ölkələrdən birini nəzərə alaraq, İran bu ölkədən də yağ idxal edir. Hazırda yağın əsas hissəsi dəniz xətti ilə idxal olunur. Halbuki bunun dəmiryolu vasitəsi ilə həyata keçirilməsi mümkündür.
Qeyd edək ki, İranın Ölkədən Kənar Kənd Təsərrüfatı Assosiasiyasının 16 ölkədə fəaliyyəti var. Bu assosiasiyanın üzvləri Azərbaycanda da fəaliyyət göstərirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başladı
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu
-
Avro əskinasları dəyişdirilir
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycanda zəlzələ oldu
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi - Avstraliyada araşdırma başladıldı





