İqtisadiyyat

Azərbaycan məhsulu ərəb bazarlarını fəth edir

17 Sentyabr 2020 18:19
Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan məhsullarının ərəb ölkələrinə ixracının artması planlaşdırılır.

Milli.Az bildirir ki, bunu Trend-ə Ərəb ölkələri ilə Əməkdaşlıq Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan məhsulunun Suriya bazarına ixracı gözlənilir:

"Bu bazara çıxış İordaniya vasitəsilə olacaq, bu istiqamətdə danışıqlar artıq baş tutub".

Y.Əliyev bildirib ki, bununla yanaşı, Azərbaycan məhsulunu Misir, Oman, Bəhreyn bazarlarına da çıxarmaq planlaşdırılır:

"Öz növbəsində, bu ölkələrin biznes dairələri Azərbaycanda əczaçılıq, neft-kimya sənayesi, hotel və restoran biznesinə investisiya qoymağa hazır olduqlarını bildirib".

İcraçı direktor küveytli investorların Azərbaycanda turizm sektoru ilə maraqlandığını da qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.