İqtisadiyyat

Türkiyəli nazir: "Məqsədimiz Azərbaycanla ticarət dövriyyəsini daha da artırmaqdır"

11 Sentyabr 2020 11:55
Baxış: 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ildə Türkiyə ilə arasında ticarət dövriyyəsi 4,4 milyard dollar olub. Lakin bu rəqəm iki ölkənin gerçək potensialını əks etdirmir və məqsədimiz ticarət dövriyyəsini daha da artırmaqdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan Türkiyədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşdə deyib.

Nazir bildirib ki, hədəf Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır. R.Pekcan pandemiya səbəbindən Türkiyənin Orta Asiyaya İran üzərindən daşımalarında çətinlik yarandığını və bu səbəbdən Gürcüstan-Azərbaycan-Xəzər istiqamətinin daha da önəm qazandığını diqqətə çatdırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.